İran Hizbullahın İsrailə birbaşa hücum tələbini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Axios İsrail və Qərb rəsmilərinə istinadən yazıb. Bildirilir ki, İran Hizbullahın İslam Respublikasının İsrailə birbaşa hücumu tələbini rədd edib.
Qeyd olunur ki, İran rəsmiləri təşkilat nümayəndələrinə İran prezidenti Pezeşkian BMT Baş Assambleyası üçün Nyu-Yorkda olduğu üçün yəhudi dövlətinə hücum üçün “indi doğru zaman deyil” deyiblər.
Xuraman Etibarlı
İnterpress.az