İsrailin şimalında yəhudilərə qarşı terror aktının qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Baş Təhlükəsizlik Xidməti (Şin Bet) və İsrail polisi ölkənin şimalında birgə terror aktının qarşısını alıb.
İstintaq müəyyən edib ki, İsrailin şimalında yaşayan bir sakin Fələstin administrasiyasından olan qeyri-qanuni mühacirlərin köməyi ilə salehlərin məzarlarını ziyarət edən yəhudilərə qarşı hücum planlaşdırırmış.
Terror aktı planına partlayıcı qurğuların işə salınması və zəvvarlara atəş açılması daxildir.
Xuraman Etibarlı
İnterpress.az