23 yaşlı tiktoker peyvənddən sonra böyük bir qançıra çevrilib və komaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, bloqer ABŞ-də peyvənd olunduqdan sonra böyük bir qançıra çevrilib və komaya düşüb.
Tetanus, pnevmoniya və meningit üçün vurulan iynələr 23 yaşlı Aleksis Lorenzeni az qala o biri dünyaya göndərəcəkdi.
Həkimlər nadir otoimmün xəstəliyi olan pasiyentə birdən üç peyvənd vurublar, bundan sonra qızın bədəni göyərib və şişib.
Peyvənddən on dəqiqə sonra Aleksis özünü pis hiss edib, başgicəllənmə, qıcolma, qusma olub və huşunu itirib.
Qız tibbi səbəblə komaya salınıb.
Xoşbəxtlikdən bir müddət sonra bloqerin vəziyyəti normallaşıb və o, komadan çıxarılıb.
Aleksis hətta abunəçilərlə əlaqə saxlamağı və onlara dəstəklərinə görə təşəkkür etməyi bacarıb.
Xuraman Etibarlı
İnterpress.az