Ukraynada müharibə daha 10 il davam edəcək.
İnterpress.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç TV Informer-ə müsahibəsində deyib.
Serbiya prezidenti hesab edir ki, Ukraynada müharibə daha 10 il davam edəcək və Koreya ssenarisi üzrə – mövcud cəbhə xətti boyunca sülh yolu ilə nizamlanma ilə başa çatacaq.
“Sonunda sülh olacaq, bunu yazın, bunu ilk dəfədir ki, Koreya ssenarisində əldə olunan xətlərə əsaslanaraq açıq deyirəm”, – Vuçiç bildirib.
Onun fikrincə, o vaxta qədər həm Ukrayna, həm də Rusiya “hər kənd, hər şəhər üçün döyüşəcək”.
Xuraman Etibarlı
İnterpress.az