Hizbullah İranın hərəkətsizliyindən qəzəbləndiyini BİLDİRDİbackend

Hizbullah İranın hərəkətsizliyindən qəzəbləndiyini BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah İranın hərəkətsizliyindən “qəzəbləndiyini” bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşr yazır ki, İran Hizbullahı İsraillə münaqişədə dəstəklədiyinə inandırmağa çalışır. Lakin təşkilat Tehranın İsrailə qarşı real addım atmamasından və Livanı müdafiə etməməsindən narazıdır.

Mənbələr bildirir ki, Hizbullah İranın susqunluğunu dəstəyi geri çəkməsi kimi qəbul edir.

Bu arada İslam Respublikasındakı yüksək səviyyəli mənbə nəşrə bildirib ki, Tehran “Hizbullahın narahatlığını sakitləşdirməyə” çalışır və təşkilata dəstək verməmək qərarının qısamüddətli olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az