Özbəkistanda Mariya Zaxarovanı persona non-qrata edilməsini təklif ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Ekologiya Nazirliyi rəhbərinin müşaviri bildirib.
“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Daşkənddəki məktəb insidentinə müdaxilə edərək Özbəkistanın daxili işlərinə təsir göstərməyə çalışıb. Bu, sadəcə olaraq, diqqətdən kənarda qala biləcək bir hadisə deyil.
Təəssüf ki, Zaxarovanın başqa ölkələrin və xalqların daxili işlərinə qarışması birinci dəfə deyil.
Bundan əlavə, xanım Zaxarova bu yaxınlarda Özbəkistana mümkün işğalı elan edən rusiyalı siyasətçinin hərəkətlərini izah edərkən, Özbəkistanla bağlı alçaldıcı şərhlərə yol verib.
Bununla əlaqədar, Senatın bu yaxınlarda qəbul edilmiş qanunu əsasında Zaxarovanın Özbəkistanda olması arzuolunmaz hesab edilən xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyahısına daxil edilməsinin vaxtı çatıb”, – müşavir deyib.
Xuraman Etibarlı
İnterpress.az