Türk dünyasının vahid xəritəsi YARADILACAQbackend

Türk dünyasının vahid xəritəsi YARADILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib.

İnterpress.az xəbər verir ki, Ankarada üzv ölkələrin və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərlərinin, onları müşayiət edən nümayəndə heyətlərinin və ölkələrin hərbi attaşelərinin iştirakı ilə Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin kartoqrafiya qurumları rəhbərlərinin 1-ci iclası öz işinə başlayıb.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr kartoqrafiya sahəsində əməkdaşlıq etmək üçün bir araya gəliblər.

İki gün davam edəcək toplantının açılışında çıxış edən Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay coğrafi biliklərin və xəritələrin bəşər tarixində böyük əhəmiyyət daşıdığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az