Türkiyə Aİ üzvlüyündən İMTİNA EDƏ BİLƏRbackend

Türkiyə Aİ üzvlüyündən İMTİNA EDƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Aİ-yə tam üzvlük hədəfindən imtina edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə türkiyəli ekspert və politoloq Engin Özer RİA Novosti-yə bildirib.

“Administrasiya Aİ ilə münasibətlərdə tamhüquqlu üzvlük məqsədindən imtina edərək “imtiyazlı tərəfdaşlıq” modelinə keçməyi planlaşdırır.

Plan BRİCS üzvlüyünü və Aİ Gömrük İttifaqını birləşdirməyə çalışacaq bir növ körpü ölkə yaratmaqdır.

Şübhəsiz ki, maraqlı təcrübə olacaq bu oriyentasiya böyük siyasi çeviklik və diplomatik manevr etmək bacarığı tələb edəcək”, – Özer deyib.

Eyni zamanda o, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə böyük dəyişikliklərin baş verməyəcəyini, Aİ-nin Türkiyənin əsas ticarət tərəfdaşı olaraq qalacağını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az