Ukrayna ərazi güzəştləri barədə Qərblə daha açıq danışmağa başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Financial Times-a Nyu Yorkdakı diplomatlardan biri bildirib.
“Biz getdikcə daimi sülh sazişi əldə etmək üçün Ukraynanın nədən imtina etməli olacağı haqqında daha açıq danışırıq”, – diplomat deyib.
Nəşr onu da yazır ki, Bayden 2025-ci ilin yanvarında vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzvlük ərizəsinin statusunu dəyişməyə razı ola bilər.
Xuraman Etibarlı
İnterpress.az