İranın ballistik raketləri İsrailə 12 dəqiqəyə çata bilər – Barak Ravidbackend

İranın ballistik raketləri İsrailə 12 dəqiqəyə çata bilər – Barak Ravid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ballistik raketləri İsrailə 12 dəqiqəyə çata bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid bildirib.

Onun sözlərinə görə, İsrail sakinlərinə İranın hücumu zamanı sığınacaqlara çatmaq üçün 12 dəqiqə vaxt veriləcək.

Bu arada İsrail hakimiyyəti Tel-Əviv sakinlərinə axşam saatlarında sığınacaqlara yaxın olmağı tövsiyə edib.

İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Hagari daha əvvəl bildirib ki, ABŞ İsraili İranın raket hücumuna hazırlıq əlamətləri barədə xəbərdar edib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz tam hazırdır və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hazırda səmada patrul edir”, – Hagari bildirib.

Xuraman Etibarlı

İnterpress.az