“Rutube” tətbiqi Google Play-dən İTDİ – Artıq Rusiyada MÖVCUD DEYİLbackend

“Rutube” tətbiqi Google Play-dən İTDİ – Artıq Rusiyada MÖVCUD DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google Play “Rutube” tətbiqini yalnız ABŞ-da əlçatan edib, artıq Rusiyada mövcud deyil!

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Artıq Google Play-də Rusiyanın “Rutube” video hostinq proqramını yükləmək mümkün deyil.

Proqramın yaradıcıları qeyd ediblər ki, çaşqınlıq səbəbindən onu indi yalnız ABŞ-də Google Play-dən yükləmək olar.

Onlar qeyd edirlər ki, Google sanksiyalarla qarışıb və Rutube-a sərt məhdudiyyətlər tətbiq etmək əvəzinə, ABŞ-dən başqa bütün ölkələrdə tətbiqi bloklayıb.

Xatırladaq ki, avqustun əvvəlində “Rutube” üçüncü dəfə tətbiqlər mağazasından çıxarılıb.

Xuraman Etibarlı

İnterpress.az