Paşinyan: “Artsax” ruslar tərəfindən bizə nəzarət etmək üçün yaradılmışdıbackend

Paşinyan: “Artsax” ruslar tərəfindən bizə nəzarət etmək üçün yaradılmışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artsax” ruslar tərəfindən bizə nəzarət etmək üçün yaradılmışdı.

İnterpress.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Qarabağ məsələsi Ermənistan üçün bir ip kimi istifadə edildi, o cümlədən bizim təhlükəsizliyimizi təmin edəcəyini düşündüyümüz ölkələr tərəfindən.

Onlar (Rusiya – red.) öz təhlükəsizliyinə belə zəmanət verə bilmirlər, bəs bizim təhlükəsizliyimizə necə təminat verə bilərlər?”, – o bildirib.

Daha sonra Paşinyan ABŞ-ni xilaskar kimi qələmə verib.

“ABŞ Qarabağı türklərə təslim etməklə Ermənistan və Azərbaycanın suverenliyini Rusiyanın manipulyasiyasından xilas etdi”, – Paşinyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az