Rusiya Livana humanitar yardım göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin İL-76 təyyarəsi Beyruta humanitar yardım çatdırıb.
Təyyarənin göyərtəsində 33 ton humanitar yük, o cümlədən ərzaq, dərman, ilkin tələbat malları və 80 kVt gücündə elektrik stansiyaları var.
Xuraman Etibarlı
İnterpress.az