Rusiyada 6-cı sinif şagirdi bullinqə məruz qalaraq intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Stavropolda kadet (qapalı orta hərbi məktəb) məktəbində 6-cı sinif şagirdi zorakılığa məruz qaldığı üçün intihar edib.
Mətbuatda yayılan xəbərlərə görə, sinif yoldaşları şagirdi ələ salıb, ona sataşıblar. Məktəb başlayandan bir həftə sonra uşaq buna dözməyib və intihar etmək qərarına gəlib.
Sentyabrın 23-də uşağın meyiti Voroşilov küçəsindəki evinin pəncərələrinin altında tapılıb.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az