Fələstinlilərin mədəni muxtariyyəti Çeçenistanda qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan mediası məlumat yayıb.
“Qroznıda Fələstinlilərin milli-mədəni muxtariyyətinin yerli ictimai təşkilatı” Çeçenistanda rəsmi qeydiyyatdan keçib. Çeçenistan rəhbərinin köməkçisi, milli siyasət naziri Dudayev müvafiq sertifikatı Çeçenistandakı Fələstin icmasının ağsaqqalı Nasefə təqdim edib.
O, həmçinin vurğulayıb ki, hazırda Çeçenistanda Qəzza zolağının 200-dən çox sakini yaşayır. Onun sözlərinə görə, qaçqınlar üçün rahat yaşamaq üçün hər cür şərait yaradılıb: öz evlərinin tikintisi, işə qəbulla bağlı kompleks işlər, universitetlərdə, məktəblərdə və uşaq bağçalarında qeydiyyat və yerləşdirmə.
Xuraman Etibarlı
İnterpress.az