Amerikanın kəşfiyyat təyyarəsi Rusiya-Finlandiya sərhədində uçur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Amerikanın “Boeing RC-135V Rivet Joint” kəşfiyyat təyyarəsi Rusiya-Finlandiya sərhədində növbətçilik edir.
Flightradar məlumatlarına əsasən, təyyarə Moskva vaxtı ilə saat 13.16-da Polşanın şimal-şərqindəki aerodromdan havaya qalxıb.
Səhər saatlarında Krımın qərbində Qara dəniz üzərində iki Amerika kəşfiyyat təyyarəsi (Poseidon və Rivet Joint) görünüb.
Xuraman Etibarlı
İnterpress.az