Xamenei İranda 5 ildən sonra ilk dəfə cümə namazını Nəsrullahla vida mərasimində qıldırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildilir ki, İranın ali dini lideri Ayətullah Xamenei 5 ildən sonra ilk dəfə Tehranda Hizbullahın baş katibi Nəsrullahın şərəfinə keçirilən anım mərasimində İmam Xomeyni adına məsciddə cümə namazını qıldırıb.
Mərasimdə onunla yanaşı, İran prezidenti Pezeşkian, parlamentin spikeri Qalibaf və məhkəmə sisteminin rəhbəri Ejei də iştirak edir. Onlardan başqa, tədbirdə on minlərlə insan iştirak edir.
Xamenei sonuncu dəfə cümə namazını 2020-ci ilin yanvarında İranın İraqdakı 2 ABŞ bazasına raket hücumlarından sonra, SEPAH xüsusi qüvvələrinin Sepah-e-Qodsin komandiri Süleymaninin Bağdad hava limanında öldürülməsinə cavab olaraq qıldırmışdı.
Xuraman Etibarlı
İnterpress.az