Minlərlə livanlı Suriyaya QAÇIRbackend

Minlərlə livanlı Suriyaya QAÇIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minlərlə livanlı Suriyaya qaçır.

İnterpress.az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements İsrailin Livana hücumlarından xilas olmaq üçün 128 mindən çox insanın Suriya sərhədini keçdiyini bildirib.

O qeyd edib ki, Livanda artan zorakılıq onsuz da ağır vəziyyətdə olan ölkə sakinlərinin vəziyyətini ağırlaşdırır.

Onun sözlərinə görə, əhalinin ehtiyacları hər gün artmaqda davam edir.

Xatırladaq ki, sentyabrın 23-dən İsrail Livanda Hizbullahın hərbi obyektləri adlandırdığı hədəflərə kütləvi hava zərbələri endirib.

İsrailin Livana iki həftəlik hücumları nəticəsində 1928-dən çox insan həlak olub, 9290 nəfər yaralanıb.

Xuraman Etibarlı

İnterpress.az