Zaporojye AES-in mühafizə xidmətinin keçid qrupunun rəhbəri Andrey Korotkinin avtomobili partladılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Ukrayna Dövlət Kəşfiyyat İdarəsi Zaporojye AES-in mühafizə xidmətinin keçid qrupunun rəhbəri Andrey Korotkinin avtomobilini partladıb.
Sui-qəsd bu gün Enerqodardakı Kaştanov bulvarında, Andrey Korotkinin altında əldəqayırma partlayıcı qurğunun qoyulduğu avtomobilin salonuna girdiyi zaman baş verib.
O, partlayış nəticəsində dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az