Ukraynada məmurun evində axtarışlar zamanı 5 milyon dollar nağd pul tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukryna mediası məlumat yayıb. Bildirilir ki, Ukraynada məmurun evində axtarışlar zamanı 5 milyon dollar nağd pul aşkarlanıb.
Məmurun anası Xmelnitski vilayətinin tibbi-sosial ekspert komissiyasının rəhbəri vəzifəsini tutur, özü isə yerli pensiya fondunda menecerlərdən biridir.
Axtarışlar ordudan fərariliklə bağlı işin bir hissəsi kimi, hərbiyə çağırılanların hərbi xidmətdən yayınmaq üçün əlilliyə görə müraciət etdikləri zaman baş tutub.
Qadının ofisində saxta sənədlər, müştəri siyahıları və 100 min dollar tapılıb.
Videoda kişinin son dəfə xoşbəxtliyi ilə çarpayıda uzanması əks olunub.
Jurnalistlərin sözlərinə görə, axtarışlar zamanı qadın pəncərədən pul atmağa çalışıb.
Xuraman Etibarlı
İnterpress.az