Səudiyyə Ərəbistanı Tramp seçkilərdə qalib gəlsə, İsraili tanıyacaq – “Reuters”backend

Səudiyyə Ərəbistanı Tramp seçkilərdə qalib gəlsə, İsraili tanıyacaq – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Tramp seçkilərdə qalib gələrsə, İsraili tanımağa hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır.

Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdıra bilər.

Qeyd olunur ki, ABŞ-nin keçmiş prezidentinin kürəkəni, milliyyətcə yəhudi olan Kuşner Trampın 2020-ci ildə seçkilərdə məğlub olmasından sonra Səudiyyə Ərəbistanının faktiki hökmdarı bin Salmanla əlaqələri davam etdirib.

Mənbələrin məlumatına görə, Kuşner Trampın Ağ Evə qayıtması halında Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda iştirak edəcək.

Xuraman Etibarlı

İnterpress.az