İsrail yenidən İrana qarşı nəsə etsə, Tehranın cavabı asimmetrik olacaq – Cəlalibackend

İsrail yenidən İrana qarşı nəsə etsə, Tehranın cavabı asimmetrik olacaq – Cəlali

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər İsrail yenidən İrana qarşı nəsə etsə, Tehranın cavabı asimmetrik olacaq.

İnterpress.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali “Rossiya-24” telekanalına müsahibəsində deyib.

O bildirib ki, İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi süzgəc kimi deşik idi”.

Səfir əlavə edib ki, hücum Hizbullahın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Qüds qüvvələrinin komandiri Abbas Nilforuşanın ölümünə cavabdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket atdığını təsdiqləyib və Təl-Əvivin hücuma cavab verəcəyi təqdirdə sərt cavab verəcəyini vəd edib.

Xuraman Etibarlı

İnterpress.az