Bu gün HƏMAS-ın İsrailə hücumunun ildönümündə daha bir girovun – İdan Şativinin öldüyü məlum olub.
İnterpress.az xəbər verir ki, bu barədə onun ailə üzvlərinə HƏMAS tərəfindən oğurlanmış insanların ailələrinin qərargahında məlumat verilib.
28 yaşlı Şativi 2023-cü il oktyabrın 7-də silahlıların işğalı günü Nova festivalında iştirak edirdi.
Onun oğurlanması xəbəri yayılandan bu ilin yanvarına qədər Şativi itkin düşmüş hesab edilirdi.
Onun cəsədi hələ də Qəzza zolağında HƏMAS tərəfindən saxlanılır.
Xuraman Etibarlı
İnterpress.az