Rusiyanın bütün telekanallarına KİBERHÜCUM EDİLDİ – FOTObackend

Rusiyanın bütün telekanallarına KİBERHÜCUM EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rossiya 1”, “Rossiya 24”, “Mədəniyyət”, “Mayak” kanallarının yayımı “ölüb”. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, hakerlər VGTRK-nin bütün onlayn şəbəkəsini məhv ediblər.

Kiberhücum nəticəsində serverlərdən bütün məlumatlar, o cümlədən ehtiyat nüsxələri silinib. Hətta ofisdə internet və telefon işləmir.

Mənbələrin bildirdiyinə görə, səhər saat 6-dan etibarən VGTRK ofisində bərpa işləri aparılır.

Federal kanalların və 80-dən çox regional televiziya və radio şirkətinin daxil olduğu bütün holdinq qarışıqlıq içindədir.

Xuraman Etibarlı

İnterpress.az