HƏMAS Siyasi Bürosunun rəhbəri Sinuar bir neçə həftə sonra vasitəçilərlə əlaqə saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat verib. Bildirilir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Sinuar bir neçə həftə sonra vasitəçilərlə əlaqə saxlayıb.
Sentyabrın 23-də İsrail mətbuatında İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrdən biri zamanı Sinuarın mümkün ləğvi və ya yaralanması ilə bağlı xəbərlər yayılıb. Fərziyyələr Sinuarın son vaxtlar əlaqə saxlamamasına əsaslanırdı.
“HƏMAS Siyasi Bürosunun rəhbəri Sinuar yanında 25 kq dinamit olan böyük çanta gəzdirir və İsrailin onu məhv etmək cəhdlərinin qarşısını almaq üçün özünü 20 girovla əhatəyə alır”, – bu barədə “Daily Mail” yazıb.
Xuraman Etibarlı
İnterpress.az