Cənubi Koreyalı qadın qaçırılan qızını 44 il axtarışdan sonra tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Cənubi Koreyalı qadın Han Tae Sun qızı ABŞ-yə aparılıb qanunsuz övladlığa götürüldükdən sonra hökumətini məhkəməyə verib. 40 ildən artıqdır ki, qadın qızının taleyi haqqında heç nə bilmirdi.
İndi Laurie Bender adlanan qız 1975-ci ilin mayında yoxa çıxıb. Ana onu axtarıb, polis bölmələrinə, dövlət idarələrinə və övladlığa götürmə agentliklərinə baş çəkib, media ilə də əlaqə saxlayıb və qızının fotoşəkillərini bütün şəhərə yerləşdirib. Amma heç bir nəticə olmayıb.
Han Tae Sun öz DNT məlumatlarını Koreyanın qeyri-kommersiya təşkilatında qeydiyyatdan keçirdikdən sonra hər şey dəyişib. Onun ABŞ-dəki qızı da analiz verib və onlar yenidən bir araya gələ biliblər. Bu, yalnız 2019-cu ildə baş verib.
Qız qaçırılmasının şərtlərindən danışıb. Onun sözlərinə görə, o, Cxoncu şəhərindəki evinin yaxınlığında oynayan zaman tanımadığı qadın ona yaxınlaşıb. Tanımadığı şəxs bildirib ki, anasının yeni uşağı olduğu üçün ailəsi artıq onu görmək istəmir. Körpə ona inanıb və onunla getməyə razı olub.
Beləliklə, qızın həyatı tamamilə dəyişdirilib.
Koreyalı bioloji valideyn uşağın qeyri-qanuni övladlığa götürülməsinə görə dəymiş ziyanın ödənilməsi üçün iddia qaldırıb. O, təxminən 600 milyon von (445 min dollar) tələb edir.
Xuraman Etibarlı
İnterpress.az