Dayə qulluq etdiyi 94 yaşlı xəstə qadını vəhşicəsinə döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Mahaçqalada demensiya xəstəsi olan 94 yaşlı nənəni ona qulluq edən qadın döyüb. Qadın qışqıraraq xəstənin başına, üzünə, qollarına və kürəyinə vurub.
Yaşlı qadın ona yalvarsa da, qulluqçu ona rəhm etməyib.
Kişi 60 yaşlı Zoya Q-ni qoca anasına qulluq etmək üçün işə götürüb. Bir müddət sonra kişi anasının bədənində qançırlar aşkar edib.
Qadın kişini inandırıb ki, “belə olur, qocalar tez-tez yıxılır”. Mahaçqala sakini buna inansa da, arxayın olmaq üçün evində gizli kamera quraşdırıb.
Səhərisi gün qonşular xəstə qadının qışqırtısını eşidib və polisə müraciət ediblər. Polislər döyülən qocanı tapıb və kamera görüntülərini yoxlayıblar.
Xidmətçi ilə bağlı şübhələr öz təsdiqini tapıb.
Xuraman Etibarlı
İnterpress.az