Rusiya hərbçiləri İsrail sərhədindəki strateji yüksəklikləri tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Nziv” xəbər saytı məlumat yayıb.
Rusiya hərbçiləri Suriyanın Dəra əyalətinin şimal-qərbində, Qolan təpələrində İsrail sərhədindən çox da uzaq olmayan müşahidə məntəqəsini tərk ediblər.
Qeyd olunur ki, Rusiya hərbi polisi oktyabrın 7-də mövqelərini tərk edib, lakin Suriya hərbçiləri hələ də oradadır.
Xuraman Etibarlı
İnterpress.az