Netanyahu Qalanta Vaşinqtona getməyə İCAZƏ VERMƏDİbackend

Netanyahu Qalanta Vaşinqtona getməyə İCAZƏ VERMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Netanyahu Qalanta Vaşinqtona uçmağa icazə verməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrailin baş naziri Netanyahu müdafiə naziri Qalantı Vaşinqtona getməyə icazə verməyib.

Qeyd olunur ki, hökumət başçısı sonuncunun ABŞ-yə səfərini təsdiqləmək üçün iki şərt qoyub:

İsrailin baş naziri ilə prezident Bayden arasında telefon danışığı və ölkənin Nazirlər Kabineti tərəfindən Yəhudi Dövlətinin  gələcək fəaliyyətinin təsdiqlənməsi.

Xatırladaq ki, Qalant bu gün ABŞ-yə uçmalı və oktyabrın 9-da amerikalı həmkarı Ostinlə görüşməli idi.

Xuraman Etibarlı

İnterpress.az