Turistlər qaya uçqununa DÜŞDÜ – Ölən və yaralananlar varbackend

Turistlər qaya uçqununa DÜŞDÜ – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altayda turistlər qaya uçqununa düşüblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə region üzrə məlumat verilib.

Bildirilir ki, Altay Respublikasında 12 nəfərlik turist qrupu qaya uçqunu altında qalıb, ölən və yaralanan var.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə bu gün Ulaqan rayonu ərazisində, Kışxıştubeq çayının mənsəbinin yaxınlığında baş verib.

Qaya uçqununa yaxalanan qrup qeydə alınıb.

Berdskdən olan 18 yqşlı qız yerindəcə ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər gəlib və turistlər təxliyə edilməlidir.

İndiyədək xəsarət alanlardan yalnız biri təxliyə edilib. O, artıq xəstəxanaya aparılıb.

Xuraman Etibarlı

İnterpress.az