“Mən Kadırova sui-qəsdə cəhd etməmişəm!”.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnquşetiyadan olan deputatı Bexan Baraxoyev Malqobekdə ictimaiyyətlə görüşü zamanı deyib.
Baraxoyev Çeçenistan rəhbəri Ramzan Kadırovun ona qarşı ittihamlarını rədd edib.
“Uca Allah buna şahiddir. Mənim bununla heç bir əlaqəm yoxdur və heç vaxt olmayıb”, – deputat bildirib.
Xatırladaq ki, Kadırov Wildberries ofisində baş verən atışmanı şərh edərkən ondan narazı olan hər kəsə, o cümlədən Baraxoyevə və digər deputatlara qarşı qan davası elan edib.
Xuraman Etibarlı
İnterpress.az