İsrail ordusu daha bir Hizbullah komandirini MƏHV ETDİbackend

İsrail ordusu daha bir Hizbullah komandirini MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Hizbullah komandiri Cəlal Mustafa Həririni öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu Livanın cənubundakı Kfar Kana bölgəsində Hizbullah komandiri Cəlal Mustafa Həririni öldürüb.

O, İsrailə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh idi.

Həriri ilə yanaşı, ərazidə artilleriya zərbələri və tank əleyhinə raket hücumlarına cavabdeh olan Hizbullah yaraqlıları da məhv edilib.

Xuraman Etibarlı

İnterpress.az