Kiyevdə qanlı terror aktının QARŞISI ALINDI – FOTObackend

Kiyevdə qanlı terror aktının QARŞISI ALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xüsusi Xidmət Bürosu və polis paytaxtın rayonlarından birində partlayıcı qurğu işə salmağı planlaşdıran şəxsləri saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraayna mediası məlumat yayıb. Məlumata görə, Zaporojyedən olan iki satqın pul müqabilində Rusiya QRU-da işləməyə razılaşıb. Onlar çaxnaşma yaratmaq üçün Kiyevin izdihamlı yerində əldəqayırma bomba partlatmağı planlaşdırıblar.

Bildirilir ki, bundan əvvəl diversantlar Zaporojyedə hərbi maşınları yandırmalı idilər. Ukrayna Xüsusi Xidmətinin əks-kəşfiyyatı onları cənub cəbhəsində piyadaların döyüş maşınına od vurmaq istəyərkən saxlayıb.

Onlar hazırda həbsdədir və əmlakları müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.az