Türkiyədə TERROR HÜCUMU: Ölənlər və yaralananlar var – VİDEObackend

Türkiyədə TERROR HÜCUMU: Ölənlər və yaralananlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin TUSAŞ aerokosmik şirkətinin binası qarşısında partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Ankarada Türkiyənin TUSAŞ aerokosmik şirkətinin binası qarşısında partlayış baş verib. Silah səsləri də eşidilib.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər göndərilib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya Türkiyənin TUSAŞ aerokosmik korporasiyasının obyektində terror aktı faktını təsdiqləyib, ölən və yaralananların olduğunu açıqlayıb.

Hadisə Havacılık Bulvarı küçəsində yerləşən zavodun giriş qapısında baş verib. Partlayışdan dərhal sonra hadisə şahidləri çaxnaşmaya səbəb olan atəş səslərini bildiriblər.

Təhlükəsizliyə görə şirkətin işçiləri dərhal sığınacaqlara təxliyə edilib.

Xuraman Etibarlı

İnterpress.az