Qızları zorla maşına mindirib pul verməyə, kredit götürməyə məcbur edən şəxslər SAXLANILDI – FOTObackend

Qızları zorla maşına mindirib pul verməyə, kredit götürməyə məcbur edən şəxslər SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada tanımadığı qızları zorla maşına mindirən, pul verməyə, hətta mikrokredit almağa məcbur edən şəxslər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ruslan Karpenko və onun şəriki Kazaçenko da eyni sxem üzrə hərəkət ediblər. Axşam saatlarında qurbanları tutub, zorla maşına mindirib və zorakılıqla hədələyib, pul tələb edib və ya kredit götürməyə məcbur ediblər.

Birinci zərərçəkmiş 157 min rubl, ikinci – 130 min, üçüncü – 95 min verib.

Onlara qarşı adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə iş açılıb.

Xuraman Etibarlı

İnterpress.az