Putin: Rusiya Ukraynadan Türkiyə vasitəsilə təkliflər alıb, lakin Zelenski imtina edibbackend

Putin: Rusiya Ukraynadan Türkiyə vasitəsilə təkliflər alıb, lakin Zelenski imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Ukraynadan Türkiyə vasitəsilə təkliflər aldığını bildirib.

İnterpress.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİCS sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə bu yaxınlarda növbəti dəfə sülh danışıqları üçün öz platformasını təklif edib, lakin Ukrayna bu variantla razılaşmayıb.

Putin bildirib ki, Türkiyə vasitəsilə Ukrayna ilə danışıqlara dair təkliflər alıb və razılaşıb, lakin ertəsi gün Zelenski bundan imtina edib.

Xuraman Etibarlı

İnterpress.az