Rusiyada iğtişaşlara çağırışlar edən Telegram kanal BAĞLANDIbackend

Rusiyada iğtişaşlara çağırışlar edən Telegram kanal BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada iğtişaşlara çağırışlar edən Telegram kanal bağlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, polis və FTX Korkinoda iğtişaşlara çağırışların yayıldığı teleqram kanalının yaradıcısı və administratorunu müəyyənləşdirib.

Kanal bloklanıb və administratorlara xəbərdarlıq edilib.

Qeyd edək ki, bundan əvvəl Korkinada insanlara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə mətbuat xidməti bildirib ki, qətlə cəhd maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az