Ermənistan ordusunun istefada olan zabitləri xidmətə QAYIDACAQbackend

Ermənistan ordusunun istefada olan zabitləri xidmətə QAYIDACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun istefada olan zabitləri xidmətə qayıdacaq.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan parlamentinə istefada olan zabitlərin xidmətə qayıtmasına icazə verən qanun layihəsi təqdim edilib.

“Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklərin müəllifləri ixtisaslaşdırılmış komissiyanın rəhbəri Andranik Koçaryan və onun müavini Armen Xaçatryandır.

Qanunun Müdafiə Komissiyası tərəfindən təsdiqindən sonra parlamentin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilməsi planlaşdırılır.

Məlum səbəblərdən Xaçatryan istefada olan zabitlərin sayını açıqlamasa da, bu ideyanın həyata keçirilməsinin ordunun şəxsi heyəti ilə bağlı vəziyyəti xeyli yaxşılaşdıracağına əminliyini ifadə edib.

Müdafiə nazirinin müavini Arman Sarkisyan isə bildirib ki, zabit korpusuna polkovnik və podpolkovnik rütbəsinə qədər təcrübəli zabitlərin cəlb edilməsi planlaşdırılır. Əsas kadr çatışmazlığı tağım, rota və batalyon komandirləri səviyyələrində müşahidə olunur.

Xuraman Etibarlı

İnterpress.az