Burdurda silah ticarəti ilə bağlı mübahisə zəminində bir şəxs düşmənini güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Burdur şəhərində spirtli içki içilən məkanda baş verən davada 1 nəfər tapança ilə öldürülüb.
Hadisə yerindən qaçan şübhəli polis qrupları tərəfindən tutularaq saxlanılıb.
Hadisə Burdurun mərkəzi Sinan məhəlləsində spirtli içkilərin satıldığı yerdə baş verib. Aralarında düşmənçilik olduğu iddia edilən Ramazan Uçarla Hüseyn Mete arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə davaya çevrildikdən sonra Ramazan Uçar belindən çıxardığı silahla Hüseyn Meteni vurub. Hüseyin Mete bədəninə dəyən güllələrdən sonra qanlar içində yıxılarkən, şübhəli Ramazan Uçar hadisə yerindən qaçıb.
Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədə Hüseyn Metenin həyatını itirdiyi müəyyən edilib.
Hadisədən sonra qaçan Ramazan Uçar polis qrupları tərəfindən tutularaq saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az