Botoks proseduru etdirən qız botulizmə YOLUXDUbackend

Botoks proseduru etdirən qız botulizmə YOLUXDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada botoksdan sonra qız botulizmə yoluxub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rospotrebnadzor kosmetologiya salonunda botulizmə yoluxma halı müəyyən edib.

Mahaçqalada Grand Plaza ticarət mərkəzində yerləşən gözəllik salonunda üz qırışlarını düzəltmək üçün qeydiyyatdan keçməmiş Refinex preparatı ilə botulinum toksin inyeksiyalarından istifadə edilib.

Bir neçə gün sonra xəstədə başgicəllənmə, bulanıq görmə, əzalarda zəiflik, göz qapağında ptoz (aşağı düşmə), nəfəs almaqda və udmaqda çətinlik yaranıb.

Xuraman Etibarlı

İnterpress.az