FTB elektrik stansiyasına edilən terror hücumunun QARŞISINI ALDIbackend

FTB elektrik stansiyasına edilən terror hücumunun QARŞISINI ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri 24 yaşlı Tennessi sakinini terror aktı törətməyə cəhd ittihamı ilə həbs ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Federal Təhqiqatlar Bürosunun əməkdaşları 24 yaşlı Tennessi sakini Skayler Fillipini partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçan aparatdan istifadə edərək Neşvildə elektrik stansiyasında terror aktı törətməyə cəhd ittihamı ilə həbs edib.

Departamentin məlumatına görə, Skayler Fillipi partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatından istifadə edərək Neşvildə elektrik stansiyasında təxribat törətmək niyyətində olub.

Təhlükəsizlik qüvvələrinin nümayəndələri pilotsuz uçan aparatı işə salan zaman şübhəli şəxsi saxlayıblar.

FTB saxlanılan şəxsin digər infrastruktur obyektlərinə hücumlar hazırlaya biləcəyinə inanır və partlayıcı qurğulardan istifadə etməyə hazır olduğunu bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az