İsrail Livan və İordan çayının qərb sahilində əməliyyatları BAŞA ÇATDIRDI – FOTObackend

İsrail Livan və İordan çayının qərb sahilində əməliyyatları BAŞA ÇATDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Livan və İordan çayının qərb sahilində AXCP-yə qarşı əməliyyatlarını başa çatdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrail ordusu və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) AXCP yaraqlılarının tutulması və məhv edilməsi üçün Livan və İordan çayının qərb sahilində eyni vaxtda həyata keçirilən genişmiqyaslı əməliyyatın başa çatdığını elan edib.

Livanda İsrail ordusu təşkilatın yüksək rütbəli üzvü Nidal Abd Elal da daxil olmaqla bir neçə silahlını havadan məhv edib.

İordan çayının qərb sahilində təşkilatın 60-dan çox fəalı, o cümlədən Nablus, Qalqilya və İordaniya Vadisi ərazilərində FAXC-yə rəhbərlik etmiş əsas liderləri həbs edilib. Təşkilatın ofisləri və qərargahları da bağlanıb.

Fələstinin Qurtuluş Xalq Cəbhəsi (FAXC) – Fələstin dövlətinin yaradılmasını müdafiə edən yarımhərbi təşkilatdır və 1997-ci ildə ABŞ tərəfindən terror təşkilatı elan edilib.

Təşkilat Qəzza zolağında və İordan çayının qərb sahilində fəaliyyət göstərir. 7 oktyabr 2023-cü ildə İsrailə hücumda da iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az