İsrail ordusu Livanın cənubunda Hizbullahın yeraltı infrastrukturunu məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail ordusu Livanın cənubunda keçirdiyi reydlər zamanı 70 metr uzunluğunda Hizbullaha məxsus tunel aşkarlayıb.
Tunel marşrutu boyunca aparılan axtarışlar zamanı uzun müddət qalmaq üçün binalar, silahlar və ləvazimatlar aşkar edilib.
Digər reyd zamanı yaşayış yerləri və silah anbarı da daxil olmaqla əlavə yeraltı infrastruktur aşkar edilib.
İsrail ordusunun mətbuat xidməti xəbər verir ki, əməliyyatın sonunda qoşunlar yeraltı infrastrukturu dağıdıb və silah-sursat ələ keçirib.
Xuraman Etibarlı
İnterpress.az