Aviaşirkətlər 27 yaşlı modelə qeyri-adi səbəbə görə xidmət göstərməkdən İMTİNA ETDİ – FOTO/VİDEObackend

Aviaşirkətlər 27 yaşlı modelə qeyri-adi səbəbə görə xidmət göstərməkdən İMTİNA ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aviaşirkətlər 27 yaşlı İnstaqram ulduzu Qreysi Bonun 160 santimetrlik ombasına görə xidmət göstərməkdən imtina ediblər. Nəticədə o, şəxsi təyyarələrdə uçmalı olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Panamadan olan məşhur influenser və model Qreysi Bon bildirib ki, müntəzəm aviaşirkətlər ona rahat uçuş şəraiti təklif edə bilmədiyi üçün şəxsi təyyarələrin xidmətlərindən istifadə etməyə məcburdur.

Modelin sözlərinə görə, kommersiya hava yollarında standart oturacaqlar onun fiqurunu yerləşdirmək üçün çox dardır.

O iddia edir ki, bəzi hava yolları onun ölçüsünə görə ona uçuşu “qadağan edib”, modeli səyahətləri üçün alternativ həll yolları axtarmağa məcbur edib.

Qreysi videolarından birində paylaşıb: “Hər dəfə uçanda iki və ya üç oturacaq almalı oluram”.

O, həmçinin bildirib ki, təyyarələrdə oturacaqların ölçüsünü artırmaq üçün kampaniya başlatmağa çalışıb, lakin onun təşəbbüsü dəstəklənməyib.

Nəticədə, model üçün şəxsi uçuşlar yeganə həll yolu olaraq qalıb.

Xuraman Etibarlı

İnterpress.az