Mahaçqalada 50-dən çox adamın iştirakı ilə dava olub.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb. Məlumata görə, münaqişəni Yol Nəqliyyatı Kolleci və Kənd Təsərrüfatı Universitetinin iki tələbəsi başlayıb.
Əvvəlcə gənclər öz aralarında məsələni həll etsələr də, sonra izdiham onlara qoşulub. Əvvəlcə əlbəyaxa davada iştirak edənlər yumruqla döyüşüb, daha sonra isə bıçaqlardan istifadə olunub.
Bir tələbənı bıçaqlayıblar. İnsanlar polisə zəng edib. Polis gəlib və atışma baş verib.
Kütlələrin çoxluğuna baxmayaraq, asayiş keşikçiləri yenə də onların ən fəallarını saxlayıb maşınlara mindirə biliblər. Dava iştirakçıları polis bölməsinə aparılıb.
Xuraman Etibarlı
İnterpress.az