Pis oxuduğu üçün oğlunu öldürən ata intihar etdi – FOTObackend

Pis oxuduğu üçün oğlunu öldürən ata intihar etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxangelsk vilayətində ata pis oxuduğu üçün oğluna bıçaqla hücum edib, sonra intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Arxangelsk hava limanında işləyən 43 yaşlı İqor evdə içki içib. Bir anda o, oğlunun akademik inkişafı ilə maraqlanıb. Ata cavabdan razı qalmayıb və oğlu ilə dava edib.

Bundan qəzəblənən İqor bıçağı götürərək oğluna təxminən 30 bıçaq zərbəsi vurub. 17 yaşlı oğlan yerindəcə keçinib.

Axşam işdən qayıdan arvad dəhşətli mənzərə görüb. Otaqda yerdə qanlı cəsəd və eyvanda boynunda boğulma əlamətləri olan ərinin cəsədini aşkarlayıb. O, şok və isterik vəziyyətdə polis və təcili yardım çağırıb.

Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az