Çinli bir kişinin başına qorxunc hadisə gəlib.
İnterpress.az xəbər verir ki, Çində bir kişi zibil atarkən onu az qala Amur pələngi yeyəcəkdi.
Səhər tezdən evdən zibili çıxarıb atmağa gedən adam qayıdarkən Amur pələngi ilə rastlaşıb. Pələng hücum edərək az qala kişini parçalayacaqdı.
Aradakı dəmir çərçivə pələngin hücumunun qarşısını alıb. Çinli canını qaçaraq qurtara bilib.
Hadisə evin yaxınlığındakı kameralara düşüb.
Xuraman Etibarlı
İnterpress.az