Honq-Konqda 45 keçmiş qanunverici və demokratiya tərəfdarı 4 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, Honq-Konqda 45 keçmiş qanunverici və demokratiya tərəfdarı bu gün Çinin 2020-ci il milli təhlükəsizlik qanununa əsasən qeyri-rəsmi praymerizlərdə iştirak etdiklərinə görə 4 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilib.
47 müttəhimdən ikisi bu ilin əvvəlində bəraət alıb, qalanları isə təxribat törətməkdə təqsirli biliniblər.
Prokurorlar bildiriblər ki, müttəhimlərin məqsədi Honq-Konq hökumətini iflic vəziyyətə salmaq və şəhər rəhbərini istefaya məcbur etməkdir.
Hakimlər qərarda bildiriblər ki, fəalların qeyri-rəsmi praymerizlər vasitəsilə dəyişikliklərə təkan vermək planları hökumətin nüfuzunu sarsıdacaq və konstitusiya böhranı yaradacaq.
Xuraman Etibarlı
İnterpress.az