Qırğızıstanda respublika prezidenti Japarovun həyatına iki cəhdin qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Taşiyev bildirib. O, şəxsən ona qarşı 5-6 sui-qəsd cəhdindən, o cümlədən keçməli olduğu yolda partlayış hazırlamasından da danışıb. Amma xüsusi xidmət orqanlarının və polisin fəaliyyəti sayəsində bu planlar baş tutmayıb.
Taşiyev həyatına və ailəsinin təhlükəsizliyinə təhdidlərin yer aldığı fləş yaddaşlı məktub almasından da danışıb. Məktub ezamiyyətdən qayıtdıqdan sonra onun masasının üstündə tapılıb.
Bu işin istintaqı prezidentin göstərişi ilə baş tutub və Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən aparılır.
Məktubun məzmunu ilə bağlı məlumat Taşiyev və ya onun ailəsinə nəsə olarsa, ictimaiyyətə açıqlanacaq.
Xuraman Etibarlı
İnterpress.az