Zaxarova NATO hərbi komitəsinin rəhbərinin alyansın Rusiyaya dəqiq zərbələri ilə bağlı sözlərinə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova RİA Novosti-yə bildirib. O, NATO hərbi komitəsinin rəhbəri Bauerin alyansın Rusiyaya dəqiq zərbələri ilə bağlı sözlərini şərh edib.
“Görünür, onlar yenilənmiş nüvə doktrinasını oxuyub bitirməyiblər”, – Zaxarova deyib.
Xuraman Etibarlı
İnterpress.az